12 yaşlı qızını 32 yaşlı kişiyə nişanlayan ata DANIŞDI
“Qızım 2011-ci idə doğulub. Məktəbi oxuyub qurtarmadığı müddətcə toy olmayacaq. Oğlan evi ilə belə razılaşmışıq”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Sabirabad rayonu Məmişli kəndində 12 yaşlı qızını 20 yaş böyük oğlana nişanlayan ata Mübariz Quliyev deyib.
O bildirib ki, oğlanın anası gəlib 12 yaşlı qızını övladına istədiyini deyib:
“Biz qohum deyilik, amma ailəlikcə gediş-gəlişimiz var. Mənim üç oğlum, bir qızım var. Anası dedi ki, sizin ailəni tanıyıram, istəyirəm oğlum sənin qızın ilə evlənsin. Mən də demişəm ki, qızımın yaşı azdır, məktəbdə oxuyur. O, məktəbi bitirməyincə heç kimə qızımı vermirəm. Oğlan evi də dedi ki, 5 il, 10 il – nə qədər desəniz, gözləyəcəyik. Əsas odur ki, ad eləyək, rayon yeridir, bilək ki, qız bizimdir. İzahatımda da yazmışam, uşaq məktəbdən qalmayacaq. Dərslərindən də qalmayacaq. Oğlan evi ilə danışanda demişəm ki, qızım həkim olmaq istəyir. Mənim o qədər imkanım yoxdur ki, ona ayrıca müəllim tutub hazırlaşdırım. Amma oğlanın anası da dedi ki, oxumaq istəsə, biz də kömək edərik universitet də oxuyar. Bizim iki ailə arasında sözümüz belə olub”.
M.Quliyev deyir ki, televiziyalarda gedən süjetdə bəzi məlumatlar yanlış çatdırılıb:
“Orada jurnalist xanım deyib ki, guya mənim yoldaşım anamı və qardaşımı həyətimizdən qovub, münasibətlərimiz yaxşı deyil. Amma belə bir şey yoxdur. Anam da, qardaşım da bu söhbətlərdə olublar, xeyir-dua da veriblər. Oğlanın ailəsi də milyoner deyil, bizim kimi sadə ailədir. Oğlan da təhsil almayıb, əkinçiliklə məşğul olur. Qızım məktəbi bitirdikdən sonra Sabirabadın Kovlar kəndinə gəlin köçəcək. Amma yenə deyirəm, izahatlarımda da var, qızım məktəbi bitirməyənə qədər toy olmayacaq”.
Oxşar xəbərlər
Azərbaycanda 12 yaşlı qızı 34 yaşlı kişiyə nişanlayıblar? - İDDİA + VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması faktı təsdiqləndi: Qurumlar hərəkətə keçdilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaxda iki uşaq qızılcaya yoluxdu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN-dən 12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması məsələsinə REAKSİYA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












