Naxçıvanda Türkiyə Konsulluğu və Rəssamlar Birliyinin təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının və Türkiyənin Cümhuriyyətinin 100 illiyi münasibətilə şagirdlər arasında rəsm müsabiqəsi keçirilib.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı və muxtar respublikanın Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “İki dövlət, bir millət” rəsm müsabiqəsində ümumilikdə 70 rəssamın 75 əsəri sərgilənib.
Münsiflər heyəti dostluğumuzu, qardaşlığımızı, qəhrəmanlığımızı, ortaq dəyərlərimizi, ölkələrimizin gözəlliklərini rəngarəng boyalarla əks etdirən rəsmləri qiymətləndirib, qaliblər müəyyənləşib.
İlk yerin qalibi Qızlar Liseyinin 6-cı sinif şagirdi Əsmər Mütəllimova olub. Müsabiqənin sonunda yer tutan gənc istedadlar diplom və pul mükafatı ilə mükafatlandırılıb.
Oxşar xəbərlər
Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
Naxçıvanda il ərzində 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb
Azərbaycanda yeni nazirlik yaradıldı
Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib
Oxu.Az-ın, “Report”un və “Kaspi” qəzetinin əməkdaşları MEDİA-nın müsabiqəsində qalib oldular
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













