Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" adlı layihə olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
fev
2024
17:52

Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" adlı layihə olacaq

21 fev, 2024
17:52
2 919

Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" adlı layihə olacaq

Gəncə Dövlət Filarmoniyası "Urbanda görüşərik" adlı yeni layihəsini həyata keçirəcək.

Filarmoniyadan Sizinxeber.az-ya verilən xəbərə görə, Urban Mərkəzində baş tutacaq layihənin əsas məqsədi istedadlı və yaradıcı insanların platformasını yaratmaq, onların tanıdılmasını, üzə çıxarılmasını, əsərlərinin təbliğini təmin etməkdir.

Layihədə yazıçı, şair, rəssam, heykəltəraş, tətbiqi sənət ustaları, digər yaradıcı insanların iştirakı nəzərdə tutulur.

"Urbanda görüşərik" layihəsi çərçivəsində iştirakçıların sərgilərinin, habelə sərgi-yarmarkalarınin təşkili planlaşdırılır.

Bizimlə əlaqə saxlayın