Alim Qasımov: “Aygünün ölüm xəbərini eşitdim, özümə gələ bilmirəm” - AÇIQLAMA
“Ölüm xəbərini eşitdim, pis hala düşdüm”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Alim Qasımov tələbəsi olmuş mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə bağlı xatirələrindən danışarkən deyib.
O hələ də bu xəbəri qəbul etmədiyini bildirib:
“Dünən gecə eşitdim. Çox pis oldum. Özümə gələ bilmirəm. Qanım qaraldı. O mənim tələbəm olub. Dəyərli səsə malik idi. Allah ruhunu şad etsin! Ailəsinə səbir diləyirəm”.
A.Qasımov sonda dəfn və vida mərasimi ilə bağlı heç bir məlumatı olmadığını əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib.
Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.
Oxşar xəbərlər
“Qızının hələ də xəbəri yoxdur” - Aygün Bəylərin bacısı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aygün Bəylərin bacısı: “Düşündük ki, ayıla bilər” - AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aygün Bəylər vəfat edib - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə çəkişməsində olduğu müğənnidən Aygün Bəylərlə bağlı paylaşım - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət Nazirliyi Aygün Bəylərin ölümü ilə bağlı nekroloq yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












