“Bir dəlinin qeydləri” monotamaşası təqdim olunacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
apr
2026
12:12
0
0
3 213
ff aaaaaaa

“Bir dəlinin qeydləri” monotamaşası təqdim olunacaq

11 apr, 2026
12:12
3 213

“Bir dəlinin qeydləri” monotamaşası təqdim olunacaq

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Manisa Böyükşəhər Bələdiyyə Başqanlığı, Mədəniyyət, Sənət və Sosial İşlər Başqanlığı tərəfindən keçirilən "Manisa Mesir Macunu" Beynəlxalq Sənət Festivalında “Bir dəlinin qeydləri” monotamaşası ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən verilən Kulis.az-a məlumata görə teatr Nikoloy Qoqolun “Dəlinin qeydləri” adlı əsəri əsasında hazırlanmış monotamaşa aprelin 21-də, 19:00-da festivalda nümayiş olunacaq.

32 illik səhnə həyatını uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda mükafatlar qazanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.

Tamaşada Poprışşin rolunda Əməkdar artist Şövqi Hüseynov çıxış edir.

Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifədə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bir dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir.

“Bir dəlinin qeydləri”  monotamaşası təqdim olunacaq

“Bir dəlinin qeydləri”  monotamaşası təqdim olunacaq

“Bir dəlinin qeydləri”  monotamaşası təqdim olunacaq

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul