DİN-in əməliyyatı nəticəsində həbs edilən narkobarona hökm oxundu
sizinxeber.az xəbər saytı

DİN-in əməliyyatı nəticəsində həbs edilən narkobarona hökm oxundu




Külli miqdarda narkotik vasitələri satış məqsədilə İran vətəndaşından alaraq evində saxlayan təqsirləndirilən şəxs Ufad Məmmədzadəyə hökm oxunub.

Sizinxeber.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Ufad Məmmədzadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki prokuror Rauf Malışov məhkəmədən təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Ufad Məmmədzadə bu ilin yanvar ayının ortalarında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq İrandan əldə edib. O, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Ondan külli miqdar təşkil edən 5 kiloqram narkotik vasitə hesab edilən marixuana ələ keçirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4. və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Sizinxeber.az

Oxşar xəbərlər

İrandan instaqram vasitəsilə narkotik sifariş etməkdə təqsiləndirilən şəxsə hökm oxunub
Nicata hökm oxundu: 5 il, məntəqə tipli
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb
“Lotu Quli”nin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda mübahisə zamanı gənc oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle