sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən Rabil Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Sizinxeber.az"un Muğan bürosuna verilən məlumata görə, R.Məmmədovdan 6 kiloqram marixuana, 1 kiloqram metamfetamin, əlavə olaraq heroin və 70 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla onun narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc müqabilində paytaxt ərazisinə çatdırmağa razılaşdığı müəyyən edilib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda əməliyyat: külli miqdarda narkotik aşkarlanıb - VİDEO
Ölkə ərazisində 31 kq-dan çox narkotik aşkarlanıb
Yardımlıda dərədən 18 kiloqram narkotik aşkarlanıb
Qəbələdə narkokuryerlik edən dostlar saxlanılıb
Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













