Gənc sevgilisini öldürən 62 yaşlı müəllimə hökm oxunub
Abşeron rayonunda gənc sevgilisini qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin məhkəməsi yekunlaşıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Məhkəmə prosesində dövlət ittihamçısı Samir Məmmədov E.Quliyevin 10 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib.
Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən E.Quliyev 10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.
Belə ki, hadisəni törədən Eynulla Quliyev qeyri-rəsmi münasibətdə olduğu Arzu Rəhimova ilə mübahisə edib. Mübahisədən sonra isə o, tanışını qətlə yetirib.
E.Quliyevin Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Barəsində cinayət məcəlləsinin 120.1-ci maddəsiylə istintaq aparılıb.
Oxşar xəbərlər
Fatmayıda 20 yaşlı qızı qətlə yetirən 62 yaşlı müəllimə hökm oxunub
“Lotu Quli”nin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Nicata hökm oxundu: 5 il, məntəqə tipli
Sabiq deputat Dünyamin Xəlilova yeni hökm oxunub - YENİLƏNİB
Sumqayıtda toyda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən şəxs 14 il azadlıqdan məhrum edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













