Sumqayıtda toyda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən şəxs 14 il azadlıqdan məhrum edilib
Sumqayıtda toyda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən Rafiq Kərimduxta hökm oxunub.
"Report" xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən Rafiq Kərimduxt 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyulunda Sumqayıtda yerləşən şadlıq saraylarının birində qeydə alınıb.
Araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rafiq Kərimduxt hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsilə ilə ittiham irəli sürülüb.
Sizinxeber.azOxşar xəbərlər
“Lotu Quli”nin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Sabiq deputat Dünyamin Xəlilova yeni hökm oxunub - YENİLƏNİB
Kriminal aləmdə tanınmış şəxsi öldürməyə cəhddə təqsirləndirilənlər hakim qarşısına çıxarılıblar
İsmayıllı sakinini öldürüb meyitini yandırmaqda təqsirləndirilən şəxslərə hökm oxunub
Ali Məhkəmə "Berlin Pub"da adam öldürməkdə təqsirləndirilən şəxsin kassasiya şikayətini təmin etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












