Britaniyanın Baş naziri COP29-a dəvət edilib
sizinxeber.az xəbər saytı

Britaniyanın Baş naziri COP29-a dəvət edilib


Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmeri noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.

“Sizinxeber.az” xəbər verir ki, İlham Əliyevin Kir Starmeriyə ünvanladığı dəvət məktubunun original nüsxəsini COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibendə təntənəli surətdə təqdim edib.

Qeyd edək ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar ölkələrin ikitərəfli əlaqələrinə həsr olunmuş ilk rəsmi tədbir COP29 mövzusunda keçirilib.

Oxşar xəbərlər

Britaniyanın baş naziri: “Azərbaycan COP29-un öhdəsindən layiqincə gələcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniyanın enerji təhlükəsizliyi naziri Azərbaycana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ermənistanı COP29-a dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlamentlərarası İttifaqda COP29-la bağlı tədbir keçirilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər