Azərbaycan Ermənistanı COP29-a dəvət edib
Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib.
"Sizinxeber.az" "The National"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə deyib.
H.Hacıyev bildirib ki, İrəvana rəsmi dəvət göndərilib:
“Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib”.
O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir.
Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar “Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır”.
"İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - H.Hacıyev vurğulayıb.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Azərbaycan COP29 ərəfəsində dezinformasiya dalğası ilə üzləşsə də, bu bizə mane olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağ daxili məsələdir, buna etiraz etmək cəhdi... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidentinin köməkçisi: "Fransanın Ermənistanı silahlandırması əks effekt verir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin köməkçisi: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini razılaşdırmağı təklif edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: Dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












