COP29 çərçivəsində "Vahid sağlamlıq" yanaşmasına həsr olunan konfrans keçiriləcək
sizinxeber.az xəbər saytı

COP29 çərçivəsində "Vahid sağlamlıq" yanaşmasına həsr olunan konfrans keçiriləcək


COP29 çərçivəsində "Vahid sağlamlıq" yanaşmasına həsr olunan konfrans keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev "Vahid sağlamlıq: Sektorlararası dialoqla COP29-a hazırlıq" adlı simpoziumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qloballaşma dövründə vahid sağlamlıq konsepsiyasının həyata keçirilməsi və qarşıya qoyulan problemlerin aradan qaldırılması, dünya əhalisinin sağlamlığını və təhlükəsiz qidanın hamı üçün əlçatan olmasını təmin etmək, ətraf mühitin ekoloji tarazlığının qorunması məqsədilə bütün dünya ölkələrinin qarşılıqlı əməkdaşlıq çərçivəsində işlər görməsi zəruridir.

Sədr müavini bildirib ki, buna görə Azərbaycanda keçiriləcək COP29 beynəlxalq səviyyəli tədbirdə bu məsələ də prioritet olacaq: "Artıq Agentlik noyabrın 19-da COP29 tədbiri üzrə proqrama daxil edilən Ərzaq, Kənd təsərrüfatı və Su Günü çərçivəsində həm mavi zonada, həm də yaşıl zonada "Vahid sağlamlıq" yanaşmasına həsr olunan konfransın keçirilməsini təklif edib və bununla bağlı müvafiq rəsmi müraciətlər ünvanlanıb".

Oxşar xəbərlər

Nazir müavini: Son dövrlər ekosistemə təhdid yaradan təhlükələr artmağa başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AQTA: Antimikrob dərman vasitələrinə qarşı rezistentlik xüsusi narahatlıq yaradan problemdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: İqlim dəyişmələri insanlarla yanaşı, heyvan və bitkilərdəki xəstəliklərə də təsir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər