Nigar Arpadarai: COP29-da bir çox ölkələr onları narahat edən suallara cavab tapa biləcək
"BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi mühüm hadisədir. Çünki Azərbaycan bu konfrans gündəmə gəlməzdən də əvvəl "yaşıl enerji” sahəsinə sərmayə yatıran ölkədir"
Sizinxeber.az-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İqlim üzrə yüksək səviyyəli çempion Nigar Arpadarai "İqlim Hərəkatı və media" mövzusunda panel müzakirəsində deyib.
"COP29-un əsas məqsədi iqlim problemlərinə qlobal diqqəti cəlb etmək, bu məsələyə töhfə verməkdən ibarətdir. Burada əlbəttə ki, iştirakçı ölkələr arasında ideoloji fərqlər var. Azərbaycan COP29-un keçirilməsi gündəmə gəlməzdən də əvvəl “yaşıl enerji”yə sərmayə yatıran bir dövlətdir. Bu baxımdan əminəm ki, COP29-da bir çox ölkələr iqlim dəyişikliyi məsələsində onları narahat edən suallara cavab tapa biləcəklər. Mən ümid edirəm ki, COP29 keçirilmə məqsədlərinə çatacaq. COP-un özü çox mürəkkəb, lakin olduqca aktual tədbirdir".
O qeyd edib ki, yaşıl texnologiyalara keçid çox maliyyə vəsaiti tələb edir.
“Bəzən bu məbləğ trilyonlarla dollarla ölçülür. Şəxsən mən, misal üçün, COP prosesinə qoşulmazdan əvvəl problemin ciddiliyini dərk etmirdim. Hazırkı vəziyyətdə anlayırsan ki, dünya müxtəlif olmaqla yanaşı həm də kiçikdir. Misal üçün, kiçik ada dövlətləri ekzistensial təhdiddən danışırlar, bu isə o deməkdir ki, onlar yox olmadadır. Hazırda Xəzərin səviyyəsində azalma görürük. Digər ölkələrdə də ciddi ekoloji problemlər müşahidə olunur. Bu il baş verən fəlakətlərə baxanda onların nə qədər ciddi olduğu aydın görünür. Qərarların qəbul edilməsinə görə məsuliyyət böyükdür və biz onları qəbul edə bilməsək, bu fəlakətlər daha da pisləşəcək" - N. Arpadarai belə deyib.
Qeyd edək ki, COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında verilən qərara əsasən COP29 ölkəmizdə təşkil olunacaq.
Oxşar xəbərlər
Elnur Soltanov: COP29-un nəticələri yekun sənəddə əks olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamentinin İqlim Elçisinin müavini ADA-da COP29-la bağlı müzakirə aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya ilə COP-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın COP29-da qaldıracağı əsas məsələlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












