Səfir: COP29 Peru üçün də çox əhəmiyyətli tədbirdir
sizinxeber.az xəbər saytı

Səfir: COP29 Peru üçün də çox əhəmiyyətli tədbirdir


COP29 dünyanın digər dövlətləri kimi, Peru üçün də çox əhəmiyyətli tədbirdir.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Perunun Azərbaycandakı qeyri-rezident səfiri (eyni zamanda, Türkiyədəki səfiri və iqamətgahı Ankarada yerləşir-red.) Sezar Auqusto de las Kasas (Cesar Augusto De las Casas Diaz) deyib.

Səfir qeyd edib ki, hazırda iqlim dəyişmələri dünyanın ümumi probleminə çevrildiyinə görə Peru da bu neqativ proseslərin təsirinə məruz qalır:

“Bizim ölkədə də daşqınlar və digər təbii fəlakətlər tez-tez baş verir. Odur ki Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bütün bu problemləri müzakirə etmək, onların həll yollarını tapmaq üçün böyük imkandır və Peru da ümumdünya problemini əks etdirən bu beynəlxalq tədbirə nümayəndə heyəti göndərəcək”.

Bakının indiyə qədər çox mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayan səfir Sezar Dias Azərbaycanın COP29-u da yüksək səviyyədə həyata keçirəcəyinə əmin olduğunu bildirib.

Oxşar xəbərlər

BƏƏ səfiri: "Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: "COP29-a Azərbaycanın, COP30-a isə Braziliyanın ev sahibliyi mühüm əhəmiyyət kəsb edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin səfiri ilə COP29-a hazırlıq müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Kanada COP29 çərçivəsində Azərbaycanla əməkdaşlığa ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər