COP29-da Ermənistanın Azərbaycana qarşı törətdiyi ekosiddən bəhs edən yeni sənədli filmin təqdimatı keçirilib
COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Bir ovuc dünya” adlı sənədli filmin təqdimatı olub.
"Report"un məlumatına görə, Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosiddən bəhs edən sənədli filmin müəllifi Ayaz Mirzəyev, prodüseri isə Orxan Cabbarlıdır.
Filmin təqdimat mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin məsul şəxsləri, o cümlədən Keniyanın “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) da iştirak edib.
Təqdimat mərasimindən sonra filmin ictimai müzakirəsi keçirilib. İştirakçılar ingilis dilində hazırlanmış ekran işi barəsində fikirlərini səsləndiriblər.
Sənədli filmin yaxın vaxtlarda daha geniş təqdimatı keçiriləcək.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı ekoloji cinayətlərindən bəhs edən layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Oxşar xəbərlər
Heydər Əliyevin Türk dünyası ölkələrinə səfərlərindən bəhs edən sənədli filmin təqdimatı olub
Xocalı itkinlərinin naməlum taleyindən bəhs edən “13” filmi təqdim edilib - FOTO
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda Qran-Pri qazanıb
Bakıda "Mayot ölüm adası" sənədli filminin təqdimatı keçirilib - FOTO
İsveçdə "Nuhun izləri" sənədli filminin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













