Niderland rəsmisi: "Su problemi 2050-ci ilə qədər qlobal ÜDM-i 8-15 % azalda bilər"
sizinxeber.az xəbər saytı

Niderland rəsmisi: "Su problemi 2050-ci ilə qədər qlobal ÜDM-i 8-15 % azalda bilər"


Su problemləri ilə bağlı hərəkətsizlik 2050-ci ilə qədər qlobal ümumi daxili məhsulda (ÜDM) 8-15 % itkiyə səbəb ola bilər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Niderlandın Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Vampie Libon COP29 çərçivəsində təşkil olunmuş "İqlim üçün su: Su məsələlərinin NDCs və NAPs-a inteqrasiyası" tədbirində bildirib.

"Su ilə bağlı heç bir tədbir görməsək, ÜDM-ə çox mənfi təsir edəcək. Düşünürəm ki, su ilə bağlı məsələlər iqlim tədbirlərinin əsas hissəsində yer almalıdır. Milli səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) gəldikdə isə yaxşı xəbər odur ki, ölkələrin təxminən 90 %-i artıq öz milli planlarına ilə bağlı tədbirlər daxil edib. Bununla bağlı hələ də çatışmayan cəhət bu öhdəliklərin maliyyəyə ehtiyacının olmasıdır. Su məsələsi həqiqətən də böyük problemdir. Bütün tərəflər onu həll etməlidir. Biz birlikdə öhdəlik götürməliyik, bir-birimizdən öyrənməyə davam etməliyik. Biz investisiyalara, potensialın yaradılmasına və bilik mübadiləsinə kömək edə bilərik.
Biz ümumi məqsədlə hərəkət etsək, inşallah kursu dəyişə bilərik", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Fuad Nağıyev: “Turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün yol xəritəsi müəyyən ediləcək”
Vladanka Andreyeva: “2050-ci ilə qədər sıfır karbon hədəfinə çatmaq üçün imkan pəncərəsi daralır”
Sement, metal və plastik istehsalının dairəvi iqtisadiyyata keçirilməsi 2050-ci ilə qədər dünyada istixana qazı emissiyalarını 40 % azaldacaq
Kəmalə Hüseynli: "İqlim dəyişikliyinin mərkəzində su dövriyyəsinin dəyişməsi dayanır"
İqlim dəyişikliyinin maliyyə sektoruna vurduğu zərərlərin məbləği açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle