

COP29-da "Slow Food" mövzusunda panel müzakirəsi keçirilib
Bu gün COP29 çərçivəsində "Slow-Food: Yerli Aqroməhsullarla Dayanıqlı Turizmin İnkişafı" adlı panel müzakirəsi keçirilib.
"Sizinxeber.az" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidin moderatorluğu ilə keçirilən panel müzakirəsində kənd təsərrüfatı və turizmin dayanıqlı inkişafa dəstək verən əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.
Sessiyada yerli aqrar məhsulların və ənənəvi təsərrüfat üsullarının ətraf mühitə az təsir göstərməklə dayanıqlı turizm təcrübələrinin formalaşmasında rolu haqqında müzakirələr aparılıb.
Tədbirdə Agentliyin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova Azərbaycanın "Slow Food" təcrübəsi ilə bağlı təqdimatla çıxış edib.
Müzakirə iştirakçıları qlobal, akademik və korporativ yanaşma ilə "Slow Food" hərəkatı və prinsiplərinin dünya turizminə inteqrasiyası, dayanıqlı aqro və qastroturizm modellərinin qurulması, yerli aqroməhsulların turizmə töhfəsi, biomüxtəliflik və onun turizmə inteqrasiyası, dayanıqlı turizmdə dövlət-özəl tərəfdaşlığı və akademik tədqiqatların rolu kimi mövzularda öz təcrübə və təkliflərini bölüşüblər.
COP29 çərçivəsində Mavi zonada yerləşən Azərbaycan pavilyonunda hər gün saat 14:00-15:00-da "Slow Food" haqqında təqdimat keçirilir və qonaqlara Azərbaycanın biomüxtəliflik nümunələri əsasında hazırlanmış qastroturizm məhsulları təqdim olunur.
"Slow food" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.
Oxşar xəbərlər
Bakıda “COP-dan COP-a aqrar-qida irsləri" mövzusunda panel müzakirələr keçirilib
Dövlət Turizm Agentliyi sağlamlıq turizminə dair imkanları qiymətləndirib
BAMF COP29-da iqlim böhranına qarşı QHT-lərin rolu mövzusunda konfrans təşkil edib
COP29-da beynəlxalq aviasiyanın dekarbonizasiyasının son nailiyyətləri müzakirə olunacaq
COP29 çərçivəsində süni intellektin təsiri haqqında panel sessiya keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
