"Haber Global": COP29-dan gözləntilər əvvəlki COP-lara nisbətən daha çoxdur
Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) gözləntilər əvvəlkil COP-lardan daha çoxdur.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının COP29-la bağlı hazırladığı süjetdə qeyd olunub.
Bildirilib ki, COP29-un əsas mövzusu maliyyə məsələləri ilə bağlıdır: “Ümumiyyətlə, COP29-un üç müxtəlif ana mövzusu var: biomüxtəliflik, quraqlıq və maliyyə. Maliyyə məsələləri ilə bağlı Bakıda ciddi müzakirələr gedir”.
Həmçinin, qeyd edilib ki, bu gün gündəlikdə qida, su və kənd təsərrüfatı məsələləri var: “İqlim dəyişikliklərinə adaptasiya məsələsi də gündəmdədir. Bu adaptasiya növlərindən biri də iqlim təhsilidir. Bundan başqa, enerji sahəsində də konfransların keçirilməsi gündəmdədir. Ümumiyyətlə, bu gün 10-a yaxın simpoziumun baş tutması nəzərdə tutulub. Yəni konfranslar təkcə ikitərəfli görüşlərlə məhdudlaşmır”.
COP29'da Finans Gündemi Ön Planda!
— Haber Global (@HaberGlobal)
Haber Global Meteoroloji Editörü Detayları Anlattı
Oxşar xəbərlər
"Haber Global": COP29-da iştirakçı fəallığı kifayət qədər çoxdur
“Haber Global” Fransanın COP29-dan kənarda qalmasını işıqlandırıb
"Haber Global": COP29-un gündəmi maliyyələşmənin təmin olunmasıdır
“Haber Global”da COP29-un birinci günü geniş işıqlandırılıb
COP29 çərçivəsində dağ və iqlim dialoqunun həyata keçirilməsi planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













