Ficinin Baş nazirinin müavini: Dünya 1,5 dərəcə hədəfini nəzərdən qaçırmamalıdır
sizinxeber.az xəbər saytı

Ficinin Baş nazirinin müavini: Dünya 1,5 dərəcə hədəfini nəzərdən qaçırmamalıdır


Paris Sazişi təkcə ən həssas olanları deyil, həm də məhsuldarlığı, təhlükəsizliyi və ümumi rifahı qorumaq üçündür.

“Report” xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda Ficinin Baş nazirinin müavini və maliyyə naziri Biman Çand Prasad bildirib.

"Proteksionizmə keçid, çoxtərəflilikdən uzaqlaşma və hər kəsin özü üçün olduğu dünyaya keçid qəbuledilməzdir. Biz standartları yüksəltməli, Paris Sazişinin əsaslarını və 2025-ci il Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə (NDC) 1,5 dərəcə hədəfini möhkəmləndirməli, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş ölkələrin xüsusi ehtiyaclarını əks etdirən və faktlara əsaslanan yeni kollektiv kəmiyyət hədəfini (NCQG) təmin etməliyik", - o bildirib.

Baş nazir müavininin sözlərinə görə, tərəflərin Bakıda razılaşdırmaq istədikləri yeni kollektiv kəmiyyət hədəfi 1,5 dərəcə hədəfinə nail olmaq öhdəliyinə sadiqliyin olub-olmadığının göstəricisidir.

"Əgər COP29-da 2025-ci il NDC-nin təmin etməli olduğu keçid üçün maliyyə əsaslarını qoymasaq, dünya biləcək ki, illərlə göstərilən səylərə baxmayaraq, biz hədəfi itirmişik. Mövcud siyasi fikir ayrılıqları və qeyri-müəyyənlik inam və ümidin hər zamankından daha çox lazım olduğu bir vaxtda liderliyi geri salıb ", - o qeyd edib.

Oxşar xəbərlər

Maldiv Prezidenti: COP29-da nəticələr əldə etməliyik
COP29-un prezidenti: Yeni maliyyə strukturu ədalətli olmalıdır
Bakıda “Yeni Kollektiv Kəmiyyət Hədəfi” üzrə yüksək səviyyəli nazirlər dialoqu baş tutub
“Greenpeace” COP29-da inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsinin artırılmasına çağırır
Səfir: Azərbaycan şəffaf və iştirakçılara yönəlmiş COP29 konfransı keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər