COP29-da dünyanın ən yaxşı universitetlərinin dayanıqlılıq reytinqi açıqlanıb - SİYAHI
sizinxeber.az xəbər saytı

COP29-da dünyanın ən yaxşı universitetlərinin dayanıqlılıq reytinqi açıqlanıb - SİYAHI


COP29 çərçivəsində reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib.

"Sizinxeber.az" xəbər verir ki, siyahıda Azərbaycanın 7 ali təhsil müəssisəsi yer alıb.

Həmin siyahını təqdim edirik:

Bakı Dövlət Universiteti
UNEC
ADNSU
BMU
AZMİU
AzTU
Xəzər Universiteti

Belə ki, Bakı Dövlət Universiteti (BDU) 941-950, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 1081-1100, Azərbaycan Neft və Sənaye Universiteti (ADNSU) 1351-1400, Bakı Mühəndislik Universiteti ( BMU) 1451-1500-cü yerlərdə qərarlaşıb.

Bundan başqa, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU), Azərbaycan Texniki Universiteti (AzTu) və Xəzər Universiteti 1500+ yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb
Azərbaycanın 2 ali təhsil müəssisəsi nüfuzlu reytinq cədvəlində yer alıb
COP29-da “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək
Bakı Dövlət Universiteti beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırmaq istəyir
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı "Açıq qapı" günü keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle