ABŞ koalisiyasının nümayəndələri: İqlim dəyişikliyi ilə mübarizəni davam etdirəcəyik
ABŞ-də son seçkilərdən sonra federal siyasətdə mümkün dəyişikliklərə baxmayaraq, iqlim dəyişikliyi ilə mübarizə üzrə regional səylər davam etdiriləcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu “America Is All In” koalisiyasının nümayəndələri Bakıda COP29 çərçivəsində keçirilən "ABŞ ştatları və şəhərlərinin iqlim dəyişikliyi ilə mübarizə tədbirləri" mövzusunda mətbuat konfransında bildiriblər.
Vaşinqton ştatının qubernatoru Cey İnsli çıxışında vurğulayıb ki, 24 ştatı və ölkə iqtisadiyyatının 60%-ni əhatə edən ABŞ İqlim Alyansı təmiz enerjindən istifadəni davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, federal seçkilər ştatların elektromobillərdən istifadə və enerji səmərəliliyi standartlarının artırılması kimi təmiz enerji təşəbbüslərini inkişaf etdirməsinə mane olmayacaq.
Oxşar xəbərlər
ABŞ-lı nazir: “Hər ölkə iqlim dəyişikliyilə mübarizəni ikiqat artırmalıdır”
İtaliyalı professor: İqlim dəyişikliyi ilə tək bir ölkə mübarizə apara bilməz
CAREC-in İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı COP29-da təqdim ediləcək
COP29-da Türkiyə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini açıqlayacaq
Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetimizdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













