Özbəkistanın ekologiya naziri: COP29 qlobal ekoloji gündəliyi müzakirə etməyə imkan verir
sizinxeber.az xəbər saytı

Özbəkistanın ekologiya naziri: COP29 qlobal ekoloji gündəliyi müzakirə etməyə imkan verir


Bakıda keçirilən COP29 dünya ictimaiyyətinə qlobal ekoloji gündəliyi müzakirə etmək üçün böyük imkanlar yaradıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu Özbəkistanın ekologiya naziri Əziz Abduhakimov COP29-un kuluarlarında “NEWS.ru” portalına bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi tədbiri ən yüksək səviyyədə təşkil edib.

"Azərbaycanlı həmkarlarımı və dostlarımı tədbirin uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Hər şey ən yüksək səviyyədə təşkil olunub. Bu, iştirakçılar üçün aktual gündəliyi, məsələn, “yaşıl enerji”nin “yaşıl təhsil”lə əlaqəsini müzakirə etmək üçün böyük fürsətdir. Məhz buna görə nümayəndə heyətimizdə təhsil və elm naziri də təmsil olunur. Həmçinin energetika, su təsərrüfatı, kənd təsərrüfatı nazirləri də iştirak edirlər", - o qeyd edib.

Özbəkistanlı nazir həmçinin tərəfdaş və həmkarlarla görüşmək, qlobal ekoloji gündəliyə daxil olan bütün məsələləri təkbətək müzakirə etmək üçün yaradılan imkana görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Ə.Abduhakimovun sözlərinə görə, Özbəkistan nümayəndə heyəti üçün COP29 çox uğurla keçir.

Oxşar xəbərlər

Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
Ekspert: “COP29-un Azərbaycanda keçirilməsi qlobal problemlərin həllində strateji təşəbbüsdür”
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib
Özbəkistanın ekologiya naziri: COP29 əvvəllər nail olunmamış hədəflərə çatmaq üçün şansdır
FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər