Tacikistan BMT-yə sülhü möhkəmləndirmək üçün yeni qətnamə təklif edib
Tacikistan Prezidenti Emoməli Rəhmon BMT-yə beynəlxalq hərbi münaqişələrə son qoymaq və sülhü möhkəmləndirmək üçün yeni qətnamə təklif edib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, o, bu barədə BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilən "Gələcəyin Sammiti"ndə bildirib.
“Bu gün biz dünyanın müxtəlif yerlərində minlərlə mülki insanın həlak olması ilə nəticələnən münaqişələrin artmasının şahidi oluruq. Bununla əlaqədar BMT-nin “Gələcək nəsillər naminə sülhün möhkəmləndirilməsi onilliyi” adlı xüsusi qətnaməsinin qəbulunu təklif edirəm”, - Tacikistan lideri deyib.
Onun fikrincə, davamlı inkişafa nail olmaq üçün BMT və onun təsisatları, beynəlxalq və regional maliyyə institutları beynəlxalq ictimaiyyətin səylərinin koordinasiya üzrə addımlarını aktivləşdirməlidir.
“Biz, dövlət liderləri dünyada davamlı sülhü təmin etmək və müharibələrin yaratdığı iztirablara və onların dəhşətli nəticələrinə son qoymaq üçün ümumi məqsədlər ətrafında birləşməliyik”, - o deyib.
Rəhmon həmçinin qeyd edib ki, münaqişələrin həllində, planetimizdə sülhün və sabitliyin bərpasında BMT-nin əsas rolunun gücləndirilməsi üçün səmərəli addımlar atmağın vaxtı çatıb.
Oxşar xəbərlər
Tacikistan və Qırğızıstan prezidentləri Qazaxıstanda işgüzar səfərdədirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emoməli Rəhmon ilə Devid Kemeron Tacikistan-Britaniya əlaqələrini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden terrorizmlə mübarizədə Tacikistanla əməkdaşlığın dərinləşdiyini qeyd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri: Tacikistanla möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası ilə yük həcmi artacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












