Prezident: İkili standartlar və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib
Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.
Sizinxeber.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
“Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, - deyə dövlətimizin başçısı bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan COP29-a ev sahibliyi edən ölkə seçildikdən sonra biz hədəfə çevrildik
Prezident İlham Əliyev: Özbəkistan yüksək siyasi nüfuza malik ölkəyə çevrilib
Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır
Prezident: Bu gün bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər
Azərbaycan lideri: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













