Reza Deqati: "COP29-a ev sahibliyi Azərbaycanın dünyada daha da tanıdılmasına çox böyük töhfədir"
sizinxeber.az xəbər saytı

Reza Deqati: "COP29-a ev sahibliyi Azərbaycanın dünyada daha da tanıdılmasına çox böyük töhfədir"


Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bu ölkənin dünyada daha da tanıdılmasına çox böyük töhfədir və gözəl bir addımdır.

Bunu "Report"a açıqlamasında məşhur fotojurnalist Reza Deqati bildirib.

Onun sözlərinə görə, COP29-da xeyli sayda ölkənin prezidenti və digər rəsmi şəxsləri, ümumilildə yüzlərlə tanınmış şəxs iştirak edir, Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı gördüyü işlər, ölkənin gələcək planları barədə məlumatlandırılır.

"Çox şadam ki, mən də bu tədbirin iştirakçısıyam. "Yaşıl zona" mənim diqqətimi daha çox cəlb etdi. Memar gözü ilə baxaraq deyə bilərəm ki, bu zona Azərbaycana uyğun hazırlanıb. Hesab edirəm ki, bundan əvvəl iştirak etdiyim COP tədbirləri ilə müqayisədə COP29 daha həlledici olacaq", - deyə R.Deqati qeyd edib.

Oxşar xəbərlər

Türkiyəli deputat: COP Azərbaycanın dünyada nüfuzunu daha da gücləndirəcək
COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbirdir
Bu gün Azərbaycanda COP29-a start verilir
Aİ-nin Gürcüstandakı səfiri: Azərbaycanın COP29 Sədrliyi regionda iqlim məsələlərinə olan diqqəti artıracaq
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle