Deputat COP29 tədbirinin boykot edilməsi çağırışına münasibət bildirib
sizinxeber.az xəbər saytı

Deputat COP29 tədbirinin boykot edilməsi çağırışına münasibət bildirib


BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) boykot etmək zəifliyin bariz sübutudur.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov COP29 tədbirinin boykot edilməsi çağırışına münasibət bildirərkən söyləyib.

“Bu kimi beynəlxalq tədbirləri boykot etmək faktiki zəifliyin və böhranın içərisində olmağın bariz sübutudur. Ona görə ki, bu Azərbaycanın yox, bizim ölkədə keçirilən BMT-nin tədbiridir. Deməli, onlar öz maraqlarını ödəmək üçün bütün dünyanı boykot etməyə hazırdırlar. Gördüyünüz kimi, nə baykot, nə də hansısa sanksiyalara çağırış alınır. Çünki dünyadakı problemlər bu gün burada ən yüksək səviyyədə müzakirə olunur”, – deputat deyib.

Oxşar xəbərlər

Fransalı futbol azarkeşləri ölkə çempionatını boykot edib
Səməd Seyidov: AŞPA ilə konstruktiv əməkdaşlığa həmişə hazırıq
Türkiyəli deputat: COP29-u dəstəkləyir və qürur duyuruq
İlon Mask “X” sosial şəbəkəsini boykot edənlərə “müharibə” elan edib
Məcnun Məmmədov: “COP29-dakı iqlim müzakirələri aqrar sektora dəstək verəcək”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle