Prezident İlham Əliyev Serbiyanın dövlət başçısı ilə görüşüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Serbiyanın dövlət başçısı ilə görüşüb - YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərdən məmnunluq ifadə olundu, yüksək səviyyəli qarışlılıqlı səfərlərdə intensivlik qeyd edildi. Beynəlxalq təşkilatlarda əməkdaşlıq, həmçinin, sənaye, infrastruktur, sərmayələr, bərpaolunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycana qarşı koordinasiya olunmuş media hücumlarının təşkil edildiyini vurğuladı.

Dövlət başçısı Serbiyada dəmiryolu vağzalında stansiya binasında baş vermiş qəzada insanların həlak olması ilə bağlı başsağlığını çatdırdı.

Serbiya Prezidenti başsağlığına görə minnətdarlığını bildirdi.

16:45

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər

Dövlət başçısı İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb - YENİLƏNİB
Dövlət başçısı İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb
Muxtar Babayev Serbiya Prezidenti ilə görüşüb
İlham Əliyev Finlandiya Prezidenti ilə görüşüb - YENİLƏNİB
Azərbaycan lideri Qvineya-Bisau Prezidenti ilə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər