DSX: COP29-a viza ilə gələn xarici vətəndaşlar üçün sənədlərin rəsmiləşməsi 45, yerli vətəndaşlar üçün 30 saniyə nəzərdə tutulur
sizinxeber.az xəbər saytı

DSX: COP29-a viza ilə gələn xarici vətəndaşlar üçün sənədlərin rəsmiləşməsi 45, yerli vətəndaşlar üçün 30 saniyə nəzərdə tutulur


COP29 zamanı hər hansı fövqəladə hal baş verərsə, sistemin və şəbəkənin dayanıqlı fəaliyyətinin təmin olunması üçün tədbirlər görülüb.

Sizinxeber.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin zabiti, mayor Nicat Cahidzadə deyib.

O, həmçinin qeyd edib ki, Sərhəd Nəzarətinin əməkdaşları sənədlərin sürətli şəkildə yoxlanılması, tədbirə viza ilə gələn xarici vətəndaşlar üçün 45 saniyə, yerli vətəndaşlar üçün isə 30 saniyə rəsmiləşdirmə prosesi həyata keçirəcəklər.

Nicat Cahidzadə onu da əlavə edib ki, Sərhəd Nəzarətinin Komandanlığı COP29-a hazırlıqla bağlı Azərbaycana gələnlərin pasport nəzarətindən yubanmadan keçə bilməsi üçün xüsusi texniki təchizatla və nəzarət avadanlıqları ilə təmin olunub.

Oxşar xəbərlər

DSX-nin Sərhəd Nəzarətinin zabiti: COP29-a görə əməkdaşların sayı artırılıb
COP29-la bağlı Sərhəd Nəzarəti Komandanlığında xidməti müşavirə keçirilib
Türkiyə və Ermənistan diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib
DSX Sərhəd Nəzarəti Komandanlığına media-tur təşkil edilib
İranla sərhəddə silahlı insident olub, 2 sərhədçimiz xəsarət alıb, iki ölkə nümayəndələri hadisə yerində görüşüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər