Bakıda iqlim problemlərindən bəhs edən incəsənət sərgisi açılır - FOTO
COP29 ərəfəsində təşkil edilən “Meşənin Pıçıltısı-Səsin Sehri” sərgisi iqlim problemlərinin incəsənət yolu ilə daha da diqqət cəlb etməsinə yönəlib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Latviyanın Azərbaycan Respublikasındakı səfiri Edqars Skuya Elnarə Nəsirlinin “Meşənin Pıçıltısı- Səsin Sehri” adlı incəsənət sərgisinin mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, tədbir Azərbaycanda unikal bir sərgiyə həsr olunub və 8 noyabr tarixində açılacaq: “Bu sərgi birgə əməkdaşlıqla ərsəyə gələn bir işdir, ümumiyyətlə incəsənət bizim həyatımızda mühüm önəm daşıyır. Əgər həyatımızda bir problem yaşayırıqsa, incəsənətə müraciət edirik və həyatımızdakı problemləri incəsənət yolu ilə həll etməyə çalışırıq”.
Səfirin sözlərinə görə, sərginin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilən vaxta təsadüf etməsi əlamətdardır: “Bu sərgi Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyini xüsusi texnologiyalarla nümayiş etdirir və təbiət elminin incəsənətlə birgə vəhdətini göstərir”.
Oxşar xəbərlər
Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində sərgisi açılıb
Sentyabrda Bakıda ilk beynəlxalq metal simpoziumu keçiriləcək
Latviya Prezidenti COP29-da iştirak edəcək
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













