Atif Qəmbərov: COP29-da gənclərin iştirakı onların gələcək inkişafı baxımından son dərəcə vacibdir
sizinxeber.az xəbər saytı

Atif Qəmbərov: COP29-da gənclərin iştirakı onların gələcək inkişafı baxımından son dərəcə vacibdir


COP29 beynəlxalq miqyasda keçirilən bir tədbirdir və belə tədbirlərdə gənclərin iştirakı onların gələcək inkişafı baxımından son dərəcə vacibdir.

Bunu "Report"a müsahibəsində COP29 Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Departamenti üzrə Direktoru Atif Qəmbərov deyib.

O bildirib ki, irimiqyaslı beynəlxalq tədbirlərin təşkilini könüllülərin iştirakı olmadan təsəvvür etmək çətindir:

"Nəzərə alaq ki, COP29 beynəlxalq miqyasda keçirilən bir tədbirdir və belə tədbirlərdə gənclərin iştirakı onların gələcək inkişafı baxımından son dərəcə vacibdir. Belə ki, könüllülərimiz bilavasitə tədbirin təşkilati işlərinə cəlb olunaraq fərqli sahələrdə öz işinin peşəkarları ilə eyni komandalarda çalışmaq imkanı əldə edirlər. Sözsüz ki, karyeralarının başlanğıcında olan gənclər üçün belə bir imkanın yaradılması onların həm fərdi, həm də peşəkar inkişafı baxımından vacibdir. Təsadüfi deyil ki, bu günə qədər komandamız tərəfindən tədbirlərə cəlb edilmiş və yetişdirilmiş gənclərin hazırda fərqli sahələrdə öz sahələrinin peşəkarları kimi fəaliyyət göstərməsi işimizin səmərəliliyinin real göstəricisidir".

A.Qəmbərov həmçinin vurğulayıb ki, COP29 tədbirində də könüllülər istər qonaqlarla işin qurulması, istərdə də əməkdaşlar və BMT nümayəndələri ilə aparılacaq işlərin təşkilində onlarla çiyin-çiyinə çalışacaqlar.

COP29 Əməliyyat Şirkətinin rəsmisi əlavə edib ki, Azərbaycanda könüllülük fəaliyyəti yüksək səviyyədə inkişaf edib və könüllülərə olan yanaşma, bu sahədə təcrübə xarici həmkarlara maraqlı gəlib:

"Bildiyiniz kimi, COP hər il fərqli ölkələrdə təşkil edilən dünya miqyaslı tədbirlərdəndir. Planlama mərhələsində biz daha öncə keçirilmiş COP konfranslarının təcrübəsini araşdırdıq. BMT-dən olan həmkarlarımızla könüllülərin daha əvvəl keçirilmiş COP tədbirlərində gördükləri işlərlə bağlı müzakirələr apardıq və onların könüllülərdən olan gözləntilərini öyrəndik".

O qeyd edib ki, Azərbaycanda könüllülük fəaliyyəti yüksək səviyyədə inkişaf edib və könüllülərə olan yanaşma və bu sahədə təcrübə xarici həmkarlara çox maraqlı gəldi.

"Belə ki, komandamız tərəfindən daha öncə heç bir COP tədbirində olmayan könüllülər proqramı həyata keçirildi. Könüllülərin fərdi və peşəkar inkişafına xüsusi diqqət yetirildi və könüllülər bu qlobal konfransa peşəkar formada hazırlandı. Bununla birgə könüllülərimiz fərqli ekoloji tədbirlərdə və təlimlərdə iştirak etdilər ki, bu da onların fərdi inkişafı və sosial məsuliyyəti baxımından vacib addımlardandır. Bizi fərqləndirən digər vacib məqamlardan biri də COP29 Könüllülər Mərkəzinin olması idi. Könüllülərlə bağlı bütün əməliyyatlar məhz bu mərkəzdən idarə olunurdu. Əminliklə deyə bilərəm ki, COP29 Könüllülük Proqramı bu sahədə yeni standartlar formalaşdırdı və bundan sonra təşkil ediləcək COP tədbirlərində Azərbaycanın könüllülər proqramının irsindən istifadə ediləcək", - o deyib.

Müsahibəni buradan oxuya bilərsiniz.

Oxşar xəbərlər

COP29 Əməliyyat Şirkətinin rəsmisi: Bundan sonrakı COP tədbirlərində Azərbaycanın könüllülər proqramının irsindən istifadə ediləcək - MÜSAHİBƏ
Nigar Arpadarai: İqlim məqsədlərinə nail olmaq üçün özəl sektorun fəal iştirakı vacibdir
Dünyanın müxtəlif ölkələrindən 400 gənc Bakıya gəlir
Türkiyəli deputat: COP29-u dəstəkləyir və qürur duyuruq
ADA-da “Davamlı gələcək: Gənclərin liderliyində yaşıl innovasiyalar” adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər