Muxtar Babayev: COP29-a hazırlıq çərçivəsində əsas işlər tamamlanıb
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının keçirilməsinə (COP29) hazırlıq çərçivəsində əsas işlər artıq tamamlanıb, lakin proses hələ də davam edir".
APA xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev jurnalistlərə bildirib.
O deyib ki, bundan sonrakı zaman kəsiyində görülən işlər BMT-nin Katibliyinə təhvil veriləcək:
"Bu gün həm də yeni uniformaların təqdimatı keçirildi. Bu münasibətlə COP29 komandasını təbrik edirəm. Həmin uniformalar həm rəng, həm də dizayn nöqteyi-nəzərindən zövqlə seçilmiş bir geyimlərdir. Uniformalar həm əməkdaşlara yaraşacaq, həm də COP29-un əməkdaşlarının digər qonaqlardan seçilməsinə imkan verəcək. COP29-a hazırlıq çərçivəsində əsas işlər artıq tamamlanıb, lakin proses hələ də davam edir. Hazırda biz bu tədbirin keçiriləcəyi yerin tam olaraq hazırlanması ilə məşğuluq. Qalan vaxt isə əsasən işlərin BMT-nin katibliyinə təhvil verilməsinə, həm də onlarla razılaşdırmasına sərf olunacaq".
Oxşar xəbərlər
Muxtar Babayev: Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib
Muxtar Babayev: COP29-da fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizənin yollarını müəyyənləşdirməkdir
Muxtar Babayev: Biz COP29-u ədalətli həyata keçirmək niyyətindəyik
Muxtar Babayev: COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












