Sinqapur və BƏƏ Tədqiqat İnstitutu COP29 üzrə onlayn vebinar keçirəcək
sizinxeber.az xəbər saytı

Sinqapur və BƏƏ Tədqiqat İnstitutu COP29 üzrə onlayn vebinar keçirəcək


Sinqapur Milli Universiteti yanında Yaxın Şərq Tədqiqat İnstitutu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu ölkədəki səfirliyi ilə birgə oktyabrın 22-də “BƏƏ-dən Azərbaycana: COP29-un gözləntiləri və çağırışları” adlı onlayn vebinar keçirəcək.

“Sizinxeber.az” xəbər verir ki, vebinar noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində keçirilir.

Tədbirdə 2023-cü ildə Dubayda baş tutan COP28-in əsas nəticələri, COP29 üçün gözləntilər, iqlim maliyyəsi və qalıq yanacaqdan imtina ilə bağlı konsensusun əldə edilməsi imkanları müzakirə olunacaq.

Vebinarın məruzəçilərinə Sinqapur Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi Piter Qovindasami, COP28 komitəsinin nümayəndəsi Tureyya Alali və Sinqapur Milli Universiteti yanında Yaxın Şərq Tədqiqat İnstitutunun əməkdaşı (moderator) Ayşa Al-Sarihi daxildir.

Oxşar xəbərlər

Braziliyalı nümayəndə: Biz COP29-da konsensusun əldə olunmasını gözləyirik
Nijni Novqorodda Azərbaycandakı biznes imkanlarına dair vebinar keçiriləcək
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ
Una Mey Qordon: İqlim maliyyəsi məsələsi maksimal diqqət tələb edir
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər