

Muxtar Babayev: "Azərbaycan qalıq yanacaqdan əldə olunan gəlirləri davamlı inkişaf üçün istifadə edir"
Azərbaycan uzunmüddətli davamlı inkişafı təmin etmək üçün qalıq yanacaq sənayesindən əldə edilən gəlirlərdən istifadə edir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev bu gün ADA Universitetində işə başlayan 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.
O xatırladıb ki, bu ilin noyabrında bütün dünya qlobal iqtisadiyyatı sıfır emissiyaya uyğunlaşdırmaq və qlobal istiləşməni 1,5 dərəcə hədəflə məhdudlaşdırmaq üçün Bakıda toplaşacaq.
Onun sözlərinə görə, əsas iqtisadi vəzifə layihənin həyata keçirilməsi üçün sıfır emissiyaya keçidə imkan verəcək şəraiti yaratmaqdır: “Əsas prinsiplərdən biri iqlim dəyişikliyi ilə mübarizədə hər kəsə dəstək olmaqdır. Biz ölkələri emissiyaları azaltmaq, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq və fəaliyyətləri haqqında şəffaf hesabat təqdim etmək üçün yeni planlar hazırlamağa təşviq edəcəyik. Buna görə də biz emissiyaların azaldılması üzrə milli planımızı yeniləmək üzərində işləyirik”.
O, həmçinin qeyd edib ki, COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün aydın və iddialı yeni maliyyə planı razılaşdırılmalıdır: “Bu, bir çox inkişaf etməkdə olan ölkələri geridə qoyan maneələri aradan qaldırmağa və planet üçün qlobal maliyyə sistemini yenidən qurmağa kömək edəcək”.
Oxşar xəbərlər
Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb
Muxtar Babayev: "Münxen konfransında iştirakımız iqlim təşəbbüslərini müzakirə etməyə imkan verir"
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq"
Ekspert: “COP29-un Azərbaycanda keçirilməsi qlobal problemlərin həllində strateji təşəbbüsdür”
Çin səfiri ilə COP29-a hazırlıq müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
