Şamaxıda danışıqçılar səviyyəsində COP29 üzrə görüş keçirilir
Şamaxıda keçirilən danışıqçılar səviyyəsindəki görüş COP29-un sədrliyinin qarşılıqlı əlaqəni aktivləşdirmək və iqlim dəyişikliyi ilə bağlı fəaliyyəti sürətləndirmək öhdəliyinə sadiqliyini əks etdirir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.
“Nümayəndə heyətinin başçıları, o cümlədən bütün danışıq qruplarının sədrləri, iqlim dəyişikliyi ilə münaqişədə irəliləyiş əldə edilməsinə təkan vermək üçün bu həftə sonu Şamaxıda bir araya gəliblər. Bu tədbir COP29 sədrliyinin qarşılıqlı əlaqəni aktivləşdirmək və iqlim dəyişikliyi ilə bağlı fəaliyyəti sürətləndirmək öhdəliyinə sadiqliyini əks etdirir”, - paylaşımda deyilir.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Heads of Delegation, including chairs of all negotiating groups, are gathered for a retreat this weekend in Shamakhi, Azerbaijan, to build momentum for progress together. This convening reflects the COP29 Presidency’s commitment to intensifying engagement and accelerating action.
— COP29 AZ (@COP29_AZ)
Oxşar xəbərlər
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ
İcraçı direktor: Danışıqçılar səviyyəsində COP29 üzrə görüş Şamaxıda keçiriləcək
Azərbaycan və ABŞ rəsmiləri COP29-la bağlı müzakirələr aparıb
Səfir: Kanada COP29 çərçivəsində Azərbaycanla əməkdaşlığa ümid edir
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













