Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün görülməli işlər açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün görülməli işlər açıqlanıb


Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün su və torpaq resursları səmərəli idarə olunmalı, suvarma sistemləri modernləşdirilməli, su itkiləri azaldılmalı və torpağın münbitliyi qorunmalıdır.

"Report" xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

"Eyni zamanda, məhsuldarlığı artırmaq üçün quraqlığa, şoranlığa və istiliyə davamlı bitki sortlarının yetişdirilməsi və müasir aqrotexniki tədbirlərin tətbiqi mühüm əhəmiyyət daşıyır. Aqroparkların inkişafı ekoloji və iqtisadi cəhətdən dayanıqlı istehsalın təşkili ilə yanaşı, su, gübrə və pestisidlərin istifadəsində innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir", - deyə o qeyd edib.

M.Babayevin sözlərinə görə, bu sahədə dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir: "Bu əməkdaşlıq çərçivəsində yeni texnologiyalar və rəqəmsal həllər tətbiq olunmalı və məhsuldarlıq artırılmalıdır. İqlim dəyişiklikləri ilə mübarizə geniş, əlaqələndirilmiş və uzunmüddətli tədbirlər tələb edir. Kənd təsərrüfatında bu təsirləri azaltmaq üçün fermerləri məlumatlandırmaq və onların istehsal vərdişlərini iqlim şəraitinə uyğunlaşdırmaq vacibdir".

"Ötən il beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizə, xüsusilə ətraf mühitin mühafizəsi və iqlim dəyişikliklərinin qarşısının alınması sahəsində görülən işlərə yönəlmişdi. Qlobal iqlim müzakirələrinin ən ali platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin Azərbaycana həvalə olunması isə göstərilən yüksək etimadın, beynəlxalq təşkilatlarla qurulan uğurlu əməkdaşlığın bariz nümunəsidir", - deyə o əlavə edib.

Oxşar xəbərlər

İlhamə Qədimova: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb”
Prezidentin nümayəndəsi: "Apreldə 17 dağ çayında sel və daşqın baş verib"
Karina Rolli: "Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə yerli bitkilərin təşviqi vacibdir" - EKSKLÜZİV
Muxtar Babayev: "Ərzağa artan tələbat su və torpaq resurslarına təzyiqi gücləndirir"
Məcnun Məmmədov: "İqlim dəyişikliyinə dair çağırışlar bizim üçün fürsətdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər