Azərbaycandakı taxıl sahələrinin 90 %-də biçin yekunlaşıb
Azərbaycandakı payızlıq taxıl sahələrinin 90 %-də biçin prosesi başa çatıb.
"Sizinxeber.az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, mexanizatorlar 907 845 hektar sahədə biçin aparıb, sahələrdən ümumilikdə 2 795 112 ton məhsul yığıb.
Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.
Ölkə üzrə arpa əkini sahələrinin 96,9 %-də, buğda sahələrinin 84,5 %-də biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,3 sentner, buğda üzrə orta məhsuldarlıq isə 32 sentner təşkil edir.
İyulun 21-də biçin prosesinə 575 kombayn cəlb olunub, bunlardan 204 kombayn “Aqroservis” ASC-nin, 371 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. İyulun 21-də kombaynlar vasitəsilə 6 211 hektar ərazidə biçin aparılıb.
2024-cü il taxıl biçini mövsümündə taxıl üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb. Rayonda buğda üzrə orta məhsuldarlıq 55 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 47 sent/ha təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda taxıl zəmilərinin 73 %-də biçin başa çatıb
İmişlidə arpa biçini yekunlaşıb
Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması müddəti uzadılıb
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Rusiya və Ukraynadan gələn gəmilər toqquşdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













