Xəzərdə 1,5 milyon ton gücündə taxıl terminalı tikiləcək
Qazaxıstanın Kurık limanında illik 1,5 milyon ton taxıl emalı gücünə malik yeni terminal inşa ediləcək.
“Sizinxeber.az” xəbər verir ki, tikinti işlərinin birinci mərhələsi başa çatdıqdan sonra terminalın illik gücü 570 min ton taxıl yükü təşkil edəcək.
İkinci mərhələnin tikintisi ilə terminalın gücü ildə 1,5 milyon tona çatmalıdır.
“Sarzha Grain Terminal”a investisiya qoyuluşunun ümumi həcmi 50 milyon ABŞ dollarından bir qədər çox olacaq. Birinci mərhələnin 2026-cı ilin ikinci yarısında başa çatması planlaşdırılır.
Layihəçilər hesab edirlər ki, bu, Orta Dəhlizin inkişafına və Qazaxıstan Respublikası hökuməti tərəfindən təsdiqlənmiş 2030-cu ilədək nəqliyyat-logistika potensialının inkişafına dair Yol Xəritəsinin həyata keçirilməsinə yeni təkan verəcək.
Layihənin məqsədi Qazaxıstan malları üçün ixrac marşrutlarının şaxələndirilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ixrac və tranzit potensialının artırılmasından ibarətdir.
Oxşar xəbərlər
Qazaxıstan 2025-ci ildə Ələt limanında terminalın tikintisinə başlayacaq
"APM Terminals Poti": Orta Dəhlizi dəstəkləyəcək Poti terminalının tikintisi 2027-ci ildə yekunlaşacaq
Qazaxıstan ixracı artırmaq üçün Xəzər qovşağının yaradılması ilə bağlı iş aparır
Qazaxıstan 2030-cu ilə qədər limanların gücünü 30 milyon tona çatdıracaq
KTJ-nin Azərbaycana göndərdiyi taxılın həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













