Rusiya Azərbaycana aqrar məhsulların ixracından gəlirini 7 % artırıb
sizinxeber.az xəbər saytı

Rusiya Azərbaycana aqrar məhsulların ixracından gəlirini 7 % artırıb


2024-cü ilin yanvar-noyabr aylarında Rusiya Azərbaycana təxminən 720 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları tədarük edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə "Aqroeksport" mərkəzi məlumat yayıb.

Məlumata görə, ən çox tədarük olunan 5 məhsul buğda (31 %), günəbaxan yağı (7 %), şokolad (7 %), un qənnadı məmulatları və şəkər (4 %), marqarin (3 %) olub.

"Azərbaycan artan tələbat və sıx ticarət əlaqələri sayəsində Rusiya ixracatçıları üçün mühüm və perspektivli bazardır", - “Aqroeksport”dan vurğulanıb.

2023-cü ildə Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin dəyəri rekord məbləğdə - 1,5 milyard ABŞ dolları olub.

Oxşar xəbərlər

Rusiyadan Azərbaycana ərzaq məhsullarının ixracı 2030-cu ilədək 1 milyard dollara qədər arta bilər
“Aqroeksport”: Azərbaycan 2027-ci ilə qədər ev heyvanları üçün yem idxalını 40 %-dən çox artıracaq
Rusiya Azərbaycana buğda tədarükünü artırmağa hazırdır
Rusiyanın biznes missiyası sentyabrın sonunda Bakıya gələcək
Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracından gəlirini 9 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər