Azərbaycanda pul nişanlarının üzərində yeni imza - FOTO
sizinxeber.az xəbər saytı

Azərbaycanda pul nişanlarının üzərində yeni imza - FOTO


Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə AMB-dən bildirilib.

Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin, kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq. Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.

 

Oxşar xəbərlər

Taleh Kazımov: Bankların ləğvetmə prosesində çatışmazlıqlar var
Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO
Mədət Quliyev: “Azərbaycanda 800-dən çox yeni silah növü üzərində işlər aparılır”
Ayfon 15-in qiyməti açıqlandı
AMB: "10 ayda 700-800 min manat vəsait fırıldaqçılığın qurbanı olub"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər