Şimali Kiprin Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində 9 şübhəli şəxsin həbs müddəti üç gün artırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bundan əlavə, cinayət işində təqsirləndirilən şəxslərə qarşı "ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma" ittihamı "qəsdən adam öldürmə" maddəsi ilə əvəzlənib.

İş üzrə növbəti məhkəmə prosesi noyabrın 24-də baş tutacaq.

Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Tasucu limanı arasında hərəkət edən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb. Batan bərədə Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.