XİN başçısı: İran Naxçıvan istiqamətində baş vermiş dron hadisəsinin araşdırılacağını vəd edib
İran tərəfi Naxçıvan istiqamətində baş vermiş raket-dron hadisəsinin araşdırılacağını Azərbaycan tərəfinə vəd edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, hadisə baş verən kimi Azərbaycan tərəfindən dərhal reaksiya verilib və İran ilə çoxsaylı təmaslar həyata keçirilib.
"İran İslam Respublikasının Prezidenti tərəfindən cənab Prezidentə zəng olmuşdu. Mənim də İran xarici işlər naziri ilə bir neçə telefon danışığım olub. İran tərəfi raket və dronların İran tərəfindən atılmadığını iddia edir. Onların yanaşması ondan ibarətdir ki, burada hansısa üçüncü ölkələrin təxribatı həyata keçirilib. Məsələ ilə bağlı hərbçilər xətti ilə də bir neçə təmas baş tutub".
Xatırladaq ki, martın 5-də İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvan ərazisinə hücum edilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Babək rayonu Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Hadisə ilə əlaqədar İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.
Oxşar xəbərlər
Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə edib
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir
İran daha dron istehsal edə bilməyəcək - Heqset
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
