Prezidentin köməkçisi: İtkin düşən 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı Ermənistana müraciət etmişik
Birinci Qarabağ Müharibəsi dövründən itkin düşən 4 000-ə yaxın Azərbaycan vətəndaşı ilə bağlı məsələ indiyə qədər açıq qalıb.
"Report"un Xankəndiyə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.
O qeyd edib ki, bununla bağlı Ermənistan tərəfinə müxtəlif kanallarla müraciət edilib:
"Biz 4000-ə yaxın vətəndaşımız haqqında məlumat ala bilməmişik. Bu məsələ açıq qalmaqda davam edir və biz Ermənistan tərəfinə də müxtəlif kanallarla müraciət etmişik. Sonuncu dəfə Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri də Azərbaycanda olanda onlara bununla bağlı müraciət etdik ki, müxtəlif hal şahidlərinin ifadələri əsasında Azərbaycana məlumat versinlər".
H.Hacıyev bununla bağlı iş görməli olan Beynəlxalq Qızıl Xaç Komitəsini də tənqid edib:
"Təəssüflər olsun ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə Azərbaycan Respublikasının ərazisində, eləcə də işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərməsi üçün 30 il ərzində əlahiddə imkanlar yaradılsa da, təşkilat real işlərini axıra qədər başa çatdırmayıb, üzərinə düşən mandatı sona qədər yerinə yetirməyib".
Oxşar xəbərlər
Prezidentin köməkçisi: Azərbaycan regionda sülhün möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcək
Hikmət Hacıyev: Avroparlamentin Azərbaycanla bağlı qətnaməsi diplomatik rüsvayçılıqdır
Hikmət Hacıyev: Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib
Hikmət Hacıyev: Dünyanın heç bir yerində Azərbaycanın unikal bərpa-quruculuq təcrübəsi yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
