Bayramov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bayramov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər - YENİLƏNİB


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.

Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.

Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyi vurğulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Abbas Əraqçi telefonla Yaxın Şərqdəki cari vəziyyəti müzakirə ediblər.

"Sizinxeber.az" bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, bu gün səhər saatlarında Əraqçinin türkiyəli həmkarı və Yaxın Şərqin bir sıra ölkələrinin - Misir, Qətər, Səudiyyə Ərəbistanı və İraqın XİN başçıları ilə də telefon danışıqları baş tutub.

Məlumata görə, bu əlaqələr çərçivəsində Əraqçi həmkarlarına İranın ABŞ və İsrail tərəfindən ölkəsinə qarşı hərbi əməliyyatların dayandırılmasına yönəlmiş son mövqeləri və təşəbbüsləri barədə məlumat verib.

Oxşar xəbərlər

Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər dənizi bölgəsində təhlükəsizliyi müzakirə edib
Bayramov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramovla Abbas Əraqçi ikitərəfli məsələləri müzakirə ediblər
Ceyhun Bayramov Əraqçiyə dron hucumları barədə: Araşdırmaların tamamlanması vacibdir - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər