Elçin Əmirbəyov Vatikanda bir sıra görüşlər keçirib
sizinxeber.az xəbər saytı

Elçin Əmirbəyov Vatikanda bir sıra görüşlər keçirib


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikana işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Vatikandakı səfirliyi "X" hesabında paylaşım edib.

Məlumata görə, E.Əmirbəyov Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Paul Richard Gallagher ilə danışıqlar aparıb.

Müzakirələr Azərbaycan-Vatikan dövlətlərarası münasibətlərinə və bu münasibətlərin siyasi və humanitar sahələrdə uğurlu inkişafına həsr olunub.

Eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivləri, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.

Oxşar xəbərlər

Elçin Əmirbəyov Britaniyada bir sıra görüşlər keçirib
Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycana səfərə gəlib
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlət katibi ilə görüşüb - YENİLƏNİB
Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Bakıya səfərə gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər