Ceyhun Bayramov: Azərbaycan-Ukrayna münasibətlərinin bütün spektri üzrə məzmunlu müzakirələr apardıq
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov: Azərbaycan-Ukrayna münasibətlərinin bütün spektri üzrə məzmunlu müzakirələr apardıq


Qəbələdə Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Andrey Sibiqa arasında ikitərəfli və çoxtərəfli münasibətlərinin bütün spektri üzrə məzmunlu müzakirələr aparılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri C. Bayramov "X" sosial şəbəkə hesabında yazıb.

"Qəbələdə Azərbaycan-Ukrayna ikitərəfli və çoxtərəfli münasibətlərinin bütün spektri üzrə məzmunlu müzakirələr apardıq", - C. Bayramov bildirib və əlavə edib ki, əsas müzakirə mövzuları arasında enerji təhlükəsizliyi və şaxələndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi, nəqliyyat dəhlizlərinin və nəqliyyat infrastrukturunun inkişafı, ticarət, investisiyalar və iqtisadi tərəfdaşlıq, humanitar məsələlər və qarşılıqlı maraq doğuran digər sahələr var idi:

"Biz həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq. Strateji tərəfdaşlığımız hər iki ölkənin və onların hüdudlarından kənarda olanların rifahı naminə möhkəmlənməkdə davam edir".

Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında Mülki və Kommersiya İşləri üzrə Hüquqi Yardım haqqında Saziş imzalanıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib
Andrey Sibiqa Ukraynaya göstərilən humanitar yardımlara görə Azərbaycana təşəkkür edib
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər