Türkiyədə Qurban bayramında 863 yol qəzası baş verib
Türkiyədə Qurban bayramında 863 yol qəzası baş verib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün "X" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, bu qəzalarda 1 319 nəfər yaralanıb, 10 vətəndaş isə hadisə yerində həyatını itirib.
"Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza təcili şəfa diləyirəm. Qurban Bayramı tətilində Təhlükəsizlik və Yol polislərimiz vətəndaşlarımızın təhlükəsizliyi üçün lazımi tədbirləri görür, nəzarətləri böyük bir həssaslıqla davam etdirir", - paylaşımda qeyd olunub.
Kurban Bayram tatili başladı. Arefe gününde (perşembe) 863 trafik kazası meydana geldi. Bu kazalarda maalesef 10 vatandaşımız olay yerinde hayatını kaybetti. 1.319 vatandaşımız ise yaralandı.
— Ali Yerlikaya (@AliYerlikaya)
Hayatını kaybeden vatandaşlarımıza Allah’tan rahmet, yaralılarımıza acil şifalar…
Oxşar xəbərlər
TUSAŞ-ın obyektində baş verən terrorda 3 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB - 3
TUSAŞ-ın obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə çatıb, 22 yaralı var - YENİLƏNİB - 5
Ərdoğan: TUSAŞ-ın obyektində baş verən terrorda 4 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB - 4
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Cahit Bağçı təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













