Rusiyanın Xabarovsk şəhərində 12 uşaq avtobus qəzasında yaralanıb
Rusiyanın Xabarovsk şəhərinin yaxınlığında avtobus qəzası zamanı 12 uşaq xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı və Yəhudi Muxtar Vilayəti üzrə İstintaq İdarəsindən bildirilib.
“Hadisə nəticəsində 12 yetkinlik yaşına çatmayan şəxs xəsarət alıb, onlar əziklərlə tibb müəssisəsinə çatdırılıb. Sağlamlığa dəyən zərərin dərəcəsi müəyyənləşdirilir. Həyat üçün təhlükə yoxdur”, – məlumatda deyilir.
Diyar Dövlət Yol Polisinin məlumatına görə, iki böyük də xəsarət alıb. Onlar tibb müəssisəsinə çatdırılıb.
Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı və YMV üzrə İstintaq İdarəsinin Xabarovsk rayonlararası istintaq şöbəsi cinayət işi açıb.
Oxşar xəbərlər
Rusiyada yol qəzasında üç nəfər yanaraq ölüb
Xabarovsk-Ayan reysi ilə uçan təyyarənin salonunda nasazlıq yaşanıb
Moskvada hotellərdən birində kütləvi zəhərlənmə baş verib
Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
Xabarovskda 4,1 maqnitudalı zəlzələ olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













