Xabarovskda 4,1 maqnitudalı zəlzələ olub
Rusiyanın Xabarovsk diyarının Vanino qəsəbəsi yaxınlığındakı Tatar boğazı akvatoriyasında 4,1 maqnitudalı zəlzələ olub.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib.
"Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin məlumatına görə, aprelin 2-də saat 15:48-də Tatar boğazı akvatoriyasında, Xabarovsk diyarının Vanino qəsəbəsindən 24 km şimal-şərqdə və Saxalin vilayətinin Uqleqorsk şəhərindən 117 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 8 km dərinlikdə yerləşib. İlkin məlumatlara görə, onun maqnitudası 4,1 təşkil edib", - məlumatda bildirilib.
Bu seysmik hadisə Vanino və Sovetskaya Qavan rayonlarının ərazisində hiss edilməyib, əhalidən vahid növbətçi-dispetçer xidmətinə zənglər daxil olmayıb. Yanacaq-energetika kompleksi və mənzil-kommunal təsərrüfatı obyektləri ştat rejimində fəaliyyət göstərir.
Oxşar xəbərlər
Kamçatkada 5,6 maqnitudalı zəlzələ olub
Kamçatkada zəlzələ olub
Rusiyada 5,6 maqnitudalı zəlzələ olub
Rusiyada 5,4 maqnitudalı zəlzələ qeydə alınıb
Kuril adaları yaxınlığında 5,5 maqnitudalı zəlzələ olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













