“Turkish Airlines” Moskvaya uçuşları ləğv edir
“Turkish Airlines” aviaşirkəti Moskva hava limanlarında ötən gecə tətbiq edilən məhdudiyyətlər səbəbindən Rusiya paytaxtına uçuşları ləğv edir.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
"Rusiyanın mərkəzi hava limanlarında mayın 26-da gecə saatlarında təyyarələrin qəbulu və yola salınmasına yenidən məhdudiyyətlər tətbiq edilib. Bu, Domodedovo, Vnukovo və Jukovski hava limanlarının cədvəlində dəyişikliklərə səbəb olub. Reyslərin 60 %-ə qədəri qrafik üzrə həyata keçirilmir və ya ləğv edilib. O cümlədən “Turkish Airlines”in uçuşlarının müntəzəmliyi də zərər çəkib", - məlumatda bildirilib.
Qeyd edilib ki, tur operatorları vəziyyəti araşdırır və yeni uçuş vaxtı haqqında məlumat gözləməyi tövsiyə edirlər.
“Pegas Touristik” Tur operatorunun baş direktoru Anna Podqornaya bildirib ki, texniki səbəblərə görə bəzi hallarda “Turkish Airlines” gecikmə statusu əvəzinə uçuşun ləğv edildiyini göstərir.
Sankt-Peterburq hava limanında sərnişinlərə Moskvaya uçuş cədvəlinin dəyişdirilə biləcəyi barədə xəbərdarlıq edilib.
Oxşar xəbərlər
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
“Turkish Airlines” mayın 9-dan Türkiyə ilə Rusiya arasında uçuşları bərpa edəcək
“Turkish Airlines” və “EgyptAir” Somalinin paytaxtına uçuşları dayandırıb
Kaluqa və Jukovski hava limanları fəaliyyətini dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
