Simonyan: Paşinyanın Moskvaya gedəcəyi təqdirdə təhlükəsizliyinin təmin edilməsində problem görmürük
sizinxeber.az xəbər saytı

Simonyan: Paşinyanın Moskvaya gedəcəyi təqdirdə təhlükəsizliyinin təmin edilməsində problem görmürük


Ermənistan tərəfi baş nazir Nikol Paşinyanın Moskvada Qələbə paradına gedəcəyi təqdirdə onun təhlükəsizliyinin təmin edilməsində problem görmür.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Əgər baş nazir iştirak etməyə qəti qərar versə, biz təhlükəsizliklə bağlı problem görmürük", - o qeyd edib.

Jurnalistlərin Paşinyanın birdən "xəstələnə" biləcəyi ilə bağlı sualına Simonyan hər şeyin mümkün olduğunu deyib.

A.Simonyan qeyd edib ki, bu cür tədbirlər beynəlxalq əlaqələr və razılaşmalar üçün yaxşı fürsətdir. 

Daha əvvəl N.Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə söhbəti zamanı təntənəli tədbirlərdə iştirakını təsdiqləyib.

Oxşar xəbərlər

Simonyan: Paşinyan mayda Moskvada keçiriləcək paradda iştirak edəcək
Alen Simonyan Rusiyaya səfər edəcək
Simonyan: Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır
Ermənistan parlamentinin sədri: Hər 3 keçmiş prezidentimiz siyasi meyitlərdir
Alen Simonyan: Sülh sazişi ətrafında proses dayandırılmayıb, müsbət dinamika var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər